...

2009 -cu ildə dünyada neftə tələbat artımı 1% -i ötəcək– Beynəlxalq Enerji Agentliyi

Energetika Materials 10 İyul 2008 18:07 (UTC +04:00)
2009 -cu ildə dünyada neftə tələbat artımı  1% -i ötəcək– Beynəlxalq Enerji Agentliyi

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir A.Bədəlova/ 2009- cu ildə dünyada neftə tələbat sutkada 860 min barel və ya 1,1 faiz artaraq ,sutkada 87,7 mln. barelə çatacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) təşkilatın rəsmi saytında yerləşdirilən məruzəsində bildirilir.

Məruzədə bildirilir ki, neftin yüksək qiymətləri, inkişaf etməkdə olan ölkələrin stabil tələbat artımına əks olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neft məhsullarına tələbatın azalmasına gətirib çıxaracaq.

İƏİT-ə daxil olmayan ölkələrdə stabil tələbat artımı BEA-nın 2008-ci ildə neftə dünya tələbatı üzrə proqnozlarının sutkada 80 min barelədək artmasına səbəb olub. BEA prqnozlarına əsasən, 2008 - ci ildə dünyada tələbat artımı, orta hesabla, sutkada 890 min barel təşkil edəcək.

BEA-nın qiymətləndirməsinə görə, OPEK-in neft tədarükü iyunda sutkada 350 min. barel arataraq 32,4 mln. barelə çatacaq.

BEA 2009-cu ildə OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün sutkada 640 min barel artaraq 50,6 mln. barelə çatacağını proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti