...

Azərbaycan Gürcüstana qaz tədarükü həcmini artırıb

Energetika Materials 10 İyul 2008 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir E.İsmayılov/ Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana sutkada təqribən 1,5 mln. kubmetr qaz tədarük edir. Bu barədə cümə axşamı hökumətdən məlumat verilib.

Tədarük olunan qazın dəyəri açıqlanmır. Lakin məlumdur ki, bu, ötən ilin tədarük dəyərinə nisbətdə yüksək olmalıdır. Ötən il Azərbaycan Gürcüstana qazın min kubmertini 120 dollara satıb. Bu il qazın qiymətinin min kubmetrə görə180-190 dollaradək artırılacağı gözlənilir.

Gürcüstan qazın bir hissəsini, min kubmetri 235 dollar olmaqla, Rusiyadan alır.

ARDNŞ yataqlarından hasil etdiyi şəxsi qaza malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti