Azərbaycan, Bakı, 01 avqust / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması (XDND) "Vixr" tipli gəminin təmiri üçün ehtiyat hissələrinin alınması üzrə açıq tender elan edib.
Avadanlıq və ehtiyat hissələrinin yük alıcısına göndərilməsi müqavilənin imzalandığı vaxtdan üç aydan gec olmamaq şərti ilə həyata keçirilməlidir. Avadanlıq və ehtiyat hissələrinin dəyəri yüklərin göndərilməsindən sonra bir il ərzində hissə-hissə ödəniləcək.
Tenderdə iştirak edən iddiaçılar iştirak barədə müraciət və digər sənədləri 2008 - ci il sentyabrın 2-dən gec olmayaraq XDND -ya təqdim etməlidirlər.
Təkliflər qiymətləndirilən zaman bu meyarlara üstünlük veriləcək - ehtiyyat hissələrinin dəyəri, spesifik təcrübə (Gəmilərin ehtiyyat hissələri ilə təchiz edilməsi sahəsində), göndərilmə müddəti.
Tender təklifləri 2008 - ci ilin 9 sentyabrınadək qəbul olunacaq və sentyabrın 10-da saat 11.00- da XDND-nin binasında açılacaq.