...

Bakı -Tbilisi -Ceyhan boru kəmərinin dayanması ilə əlaqədar neft bahalaşır

Energetika Materials 7 Avqust 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust/ Trend / Yanğından sonra təmirlə əlaqədar, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə neft nəqlinin bir həftəlik dayandırılmasına görə, neft bahalaşır,- RBK məlumat verib.

Nyu-York Əmtəə Birjasının elektron sistemində (NYMEX) WTI markalı neftə sentyabr fyuçers müqaviləsinin qiyməti cümə axşamı Moskva vaxtı ilə saat 14:00 - da bir barelə 119,84 təşkil edib ki, bu da avqustun 6 - da yekun kotirovkadan 1,26 dollar çoxdur. Avqustun 7- də İCE Futures London Birjasında Brent neftinin sentyabr fyuçerslərinin qiyməti 1,65 dollar - bir barelə 118,65 dollaradək artıb, -"İnterfaks" Bloomberg agentliyinə istinadən xəbər verir.

BTC neft kəmərində yanğın avqustun 5 - də gecə baş verib. Türkiyənin rəsmi şəxsləri bildiriblər ki, təmir işləri avqustun 12-24-dək davam edəcək.

BTC neft kəmərinin ötürmə gücü sutkada 1 mln. barel neftdir.

Xəbər lenti

Xəbər lenti