...

Gürcüstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bombalanması barədə bəyan edir

Energetika Materials 12 Avqust 2008 15:21 (UTC +04:00)
Gürcüstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bombalanması barədə bəyan edir

Azərbaycan, Bakı, 12 avqust/ Trend / Gürcüstanın "Rustavi- 2" telekanalı Bakı-Tbilisi-Ceyhan neft kəmərində üç partlayış baş verdiyini xəbər verib. Hazırki vaxtda bu xəbər rəsmi təsdiq olunmayıb. Jurnalistlər hadisə barədə məlumatın alındığı rayona yollanıblar.

"BP Azerbaijan" şirkətindən (BP Gürcüstan və Azərbaycan hissələrində bu boru kəmərinin operatorudur) bildiriblər ki: "Bizdə hələ ki belə məlumat yoxdur".

Rusiya Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın "RİA Novosti" informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib ki, Rusiya silahlı qüvvələri tərəfindən Gürcüstan ərazisində boru kəmərləri bombalanmayıb. Onun sözlərinə görə, Gürcüstanın belə bəyanatları Türkiyənin reaksiyasına və digər dövlətin bu münaqişəyə cəlb edilməsinə yönəlib.

"Heç kim zərbə endirməyib [Bakı-Tbilisi-Ceyhan boru kəmərinə]", - Noqovitsın bildirib. Onun sözlərinə görə, təcrübə göstərir ki, boru kəmərlərində partlayışlar humanitar fəlakəti daha da dərinləşdirir.

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə neft nəqli burada baş vermiş yanğına görə dayandırılıb. Lakin bu hadisə gürcü-osetin münaqişəsi zamanı fəal hərbi əməliyyatlar başlamazdan öncə baş verib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 km - Azərbaycan, 249km - Gürcüstan, 1076 km - Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi $4 mlrd. başa gəlib. Bura tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclər daxildir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği $2,6 mlrd. təşkil edir. BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz); TRAO (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti