...

"KazMunayQaz"ın keçmiş rəhbəri Qazaxıstan milli şirkəti idarə heyətinin sədri qismində səlahiyyətlərini başa çatdırıb

Energetika Materials 20 Avqust 2008 19:11 (UTC +04:00)

Qazaxıstan, Astana, 20 avqust / Trend , müxbir K.Konırova/ "KazMunayQaz"ın keçmiş rəhbəri Serik Burkitbayev milli şirkətin idarə heyətinin sədri kimi də öz səlahiyyətlərini başa çatdırıb.

Dövlət Holdinqinin mətbuat xidmətinin məlumatına görə, Serik Burkitbayev "Samruk" Holdiniqinin Direktorlar Şurasının qərarı ilə İdarə Heyətinin sədri və "KazMunayQaz" MŞ" SC-nin Direktorlar Şurasının üzvü qismində səlahiyyətlərini başa çatdırıb.

Bu gün səhər Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimov "KazMunayQaz" MŞ" SC-nin kollektivinə yeni rəhbəri Karigeldı Kabıldini təqdim edib. Dövlət Holdinqinin eyni qərarı ilə Kabıldin "KazMunayQaz" MŞ" SC-nin Direktorlar Şurasının sədri qismində səlahiyyətlərini başa çatdırıb. Onun yeni sədri "Samruk" Holdinqi İdarə Heyətinin sədri Kanat Bozumbayev seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti