...

Azərbaycanın neft ixracı üzrə alternativ marşrutları var - ARDNŞ-nin nümayəndəsi

Energetika Materials 2 Sentyabr 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend , müxbir E.İsmayılov/ "Azərbaycanın öz neftini dünya bazarlarına çıxarmaq üçün Gürcüstan ərazisindən keçən marşrutla bağlı olmayan alternativ marşrutları var", - çərşənbə axşamı ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi deyib.

"Bizdə həmişə alternativ variantlar var, buna görə də biz təkcə Gürcüstana ümid etmirik. Bizim Bakı-Novorossiysk boru kəməri, neft və neft məhsullarını Xəzər dənizi vasitəsilə İrana, Əfqanıstana, Orta Asiyaya göndərmək imkanlarımız da var", - ARDNŞ-nin nümayəndəsi bildirib.

Bakı -Tbilisi  - Ceyhan boru kəmərində baş vermiş yanğınla və elcə də, gürcü-osetin münaqişəsi ilə əlaqədar olaraq, avqustda Azərbaycanda neft hasilatı azalıb.

Gürcü-osetin münaqişəsinə görə, Gürcüstanın Qara dəniz limanları Poti və Kulevidən neft ixracı dayandırılıb. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təhlükəsizlik baxımından Bakı-Supsa neft boru kəməri üzrə dayandırdığı əməliyyatları indiyədək bərpa etməyib.

Xəbər lenti

Xəbər lenti