...

Qazaxıstan neftinin təqribən 56 mln. tonunu Azərbaycandan tranzitlə nəql etmək niyyətindədir

Energetika Materials 5 Sentyabr 2008 15:44 (UTC +04:00)
Qazaxıstan neftinin təqribən 56 mln. tonunu Azərbaycandan tranzitlə nəql etmək niyyətindədir

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir E.Xankişiyeva/"İlkin mərhələdə Qazaxıstanın Xəzər Dənizi Sistemi (QXDS) və daha sonra Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə qazax neftinin gələcəkdə illik 38-56 mln. tonadək artırılmaqla, ildə 23,3 mln. ton nəql edilməsi planlaşdırılıb. QXDS layihəsinin başa çatdırılması 2012-ci ilə nəzərdə tutulub", - cümə günü Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev "Qlobal çağırışlar - enerji həlli"III Avrasiya enerji forumunun gedişində bildirib.

Nazirin dediyinə görə, indi Xəzər Dənizi Boru Kəməri Konsorsiumu (XDBKK) neft kəmərinin ildə 67 mln. tonadək, o cümlədən qazax neftinin ildə 50 mln. tonadək nəqli imkanının mərhələli artırılması məsələləri üzərində iş gedir. XDBKK-nın nəql imkanının ildə 67 mln. tonadək genişləndirilməsinin 2013-cü ildə sona çatdırılması planlaşdırılıb.

"Qazaxıstan - Çin neft boru kəmərinin, Kenkiyak - Kumkol qolunun ikinci mərhələsinin tikintisi üzrə işlər aparır və o zaman biz nefti Qazaxıstanın Qərbindən Çinə nəql etmək imkanı əldə edəcəyik", - nazir qeyd edib.

Mınbayevin dediyinə görə, nazirlik Qazaxıstanda 2020-ci ilədək neft və qaz kondensatının hasilatı üzrə indikativ plan işləyib və təsdiqləyib. Qazaxıstanda perspektivdə neft hasilatına dair proqnoz 2010-cu ildə 80 mln. ton, 2015-ci ildə təqribən 100 mln. ton, 2020-ci ildə 160 mln. ton təşkil edəcək. Qaz hasilatı 2010-cu ildə 42,6 milyard kubmetr, 2015-ci ildə 61,5 milyard kubmetr, 2020-ci ildə 80,1 milyard kubmetr olacaq.

Xəbər lenti

Xəbər lenti