...

ARDNŞ və "Palmali" "Tekfen Insaat" şirkətində iştirak payının yarısını əldə ediblər

Energetika Materials 8 Sentyabr 2008 14:03 (UTC +04:00)
ARDNŞ və "Palmali" "Tekfen Insaat" şirkətində iştirak payının yarısını əldə ediblər

Azərbaycan, Bakı, 08 sentyabr / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Palmali" Şirkətlər Qrupunun daxil olduğu alyans 520 mln. dollara Türkiyənin "Tekfen Insaat" tikinti şirkətində 50 faiz iştirak payı əldə edib. Bu barədə Türkiyənin "Pal Haber" agentliyi yazır.

Bu alyans "Tekfen Insaat" şirkətini beş il ərzində 37 mlrd. dollarlıq iş ilə təmin etməyə imkan yaradacaq. Onlar dünya üzrə neft sektoru sahəsində tikintini özlərində birləşdirirlər.

"Tekfen" Qrupu neft emalı və neft-kimya obyektlərinin tikintisi və yaradılması üzrə işləri həyata keçirəcək.

Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali" ərzaq, tikinti, həmçinin səhiyyə, turizm, hava daşımaları və media sahələrinə sərmayə yatırır. "Palmali" böyük tanker donanmasına malikdir və onun genişləndirilməsinə bu yaxınlarda 1,3 mlrd. dollar sərmayə yatırmaq niyyətindədir.

ARDNŞ Türkiyədə tərəfdaşları ilə "Petkim" iri neft-kimya kompleksinə sahibdir və onun genişləndirilməsinə 5 mlrd. dollar yatırmaq niyyətindədir. Şirkət həmçinin Türkiyənin Ceyhan limanında təqribən 5 mlrd. dollar dəyərində yeni NEZ tikməyi planlaşdırır. ARDNŞ 2008-ci il ərzində 64 mln. barel neft və 8 mlrd. kubmetr qaz hasil etmək niyyətindədir. Bu gün ARDNŞ-ın işçi ştatı təqribən 63 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti