...

Azərbaycanın Dövlət Neft Şirkəti dərin qaz quyusu qazmağa hazırlaşır

Energetika Materials 22 Sentyabr 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Dövlət Neft Şirkəti yaxın vaxtlarda 6400 metr dərinlikdə ən dərin (ARDNŞ -nin fondunda) qaz quyusunun qazılmasına başlayacaq, - bazar ertəsi şirkətdən bildiriblər.

"Bulla-dəniz" onilliklər ərzində Azərbaycanı şəxsi qazı ilə təmin edən yataqlardan biridir, 1973 - cü ildə açılıb. Yataqda ilk quyu 5000 metrdən çox dərinliyə qazılıb.

Təxminən 20 dərin və yüksək məhsuldar quyu qazılıb və mənimsənilib. ARDNŞ mütəxəssislərinin rəyinə görə, "Bulla-dəniz" yatağının qalıq ehtiyatları təxminən 25 mlrd. kubmetr qaz səviyyəsində qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti