...

"KazMunayqaz"ın aktivlərinin bir hissəsi KMG Kashagan B.V-yə veriləcək

Energetika Materials 23 Sentyabr 2008 17:17 (UTC +04:00)

Qazaxıstan, Astana, 23 sentyabr/ Trend , müxbir K.Konırova/ "Qazaxıstanın dövlət aktivlərinin idarəsi üzrə Holdinqi "Samruk"" SC-nin Direktorlar Şurası "KazMunayqaz" SC - nin KMG Kashagan B.V. şirkətinin fəaliyyətində iştirak etməsi barədə qərar qəbul edib. Bu, ümumilikdə "KazMunayqaz"a məxsus aktivlərin 25 və daha çox faizinin verilməsi KMG Kashagan B.V-yə verilməsi yolu ilə həyata keçiriləcək, - "Samruk" Dövlət Holdinqinin mətbuat xidməti bildirir.

KMG Kashagan B.V. "KazMunayqaz" milli şirkətin Şimali Xəzər layihəsində iştirak payına malik olmaq məqsədilə 2005-ci ilin sentyabrında yaradılıb. Holdinqin Direktorlar Şurası  "Manqistaumunayqaz" (MMQ) SC-nin səhmlərinin 51 faizinin alınmasına dair sazişi təsdiqləyib.

Holdinqin və onun törəmə şirkəti "KazMunayqaz" SC-nin aldığı səhm paketinin dövlət üçün strateji vacibliyini diqqətə alaraq, əvvəlcə bu sazişin mərhələli realizəsi strategiyası qəbul edilib. Əsas aspektlərdən biri qiymətləndirmə və səhmlərin əldə edilməsi prosesinə böyük təcrübəsi və neft-qaz aktivlərinin qiymətləndirilməsi, şirkətlərin birləşməsi sahəsində  nüfuzu olan beynəlxalq konsaltinq şirkəti cəlb edilməsi olub.

Hazırda MMQ Qazaxıstanda ən iri özəl neft - qaz şirkətidir. Onun əsas əməliyyatlarına kəşfiyyat, yataqların işlənilməsi, ölkədə xam neft istehsalı daxildir. MMQ - nin illik istehsalı təxminən 5,7 mln. tondur (2007-ci ildə).

"Kazaxtelekom" SC və onun mobil rabitə seqmentində fəaliyyət göstərən törəmə şirkətlərinin 2008 - ci ilin səkkiz ayı ərzində fəaliyyətlərinin əsas nəticələri də nəzərdən keçirilib.

Direktorlar Şurasının üzvləri illik maliyyə hesabatı və 2007- ci il ərzində "Qazaxıstanın elektrik enerjisi və gücü bazarının operatoru" SC - nin xalis gəlirinin paylanması qaydasını təsdiqləyiblər. Həmçinin, kadr məsələləri nəzərdən keçirilib - Piter Hauz üç il müddətinə "Samruk" Holdinqinin İdarə Heyətinin sədr müavini seçilib.

Əvvəllər bu vəzifəni Ulf Vokurka tutub. O, "Metsler" maliyyə qrupunun tərkibində "Metsler Esset Menecment GmbH (Metzler Asset Management GmbH) törəmə şirkətinin idarəçi direktoru təyin edilib. 

Beynəlxalq rekrutinq şirkətinin təklif etdiyi namizədlər nəzərdən keçirildikdən və onlarla müsahibə aparıldıqdan sonra, "Samruk-Enerqo" SC-nin müstəqil direktoru vəzifəsinə Naycel Steypltonun namizədliyi təklif edilib. Steyplton Kembric universitetini bitirib və istehsalat müəssisələri və idarələrin mühasibləri institutunun tamhüquqlu üzvüdür.

Direktorlar Şurasının üzvləri əmək etikası məsələləri üzrə "Samruk" Holdinqinə müraciət qaydalarını təsdiqləyiblər. Bu qaydalara müvafiq olaraq, holdinqin hər bir əməkdaşı onu narahat edən  etik məsələlərlə bağlı öz fikrini söyləyə bilər.

Kənar şəxsin əmək etikası məsələləri il bağlı müraciətinə müəyyən edilmiş qaydada korporativ katib və ya Holdinqin Idarə Heyətinin sədri tərəfindən baxılır.

"Samruk" Holdinqində əmək etikası məsələləri ilə bağlı müraciətlərə baxılması qaydasının təsdiqlənməsi korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə işin davamıdır. Yeni sənəd sərmayədarların müəssisələrə etibarının möhkəmlənməsi, şirkətin Direktorlar Şurasının optimal fəaliyyətinin təmin edilməsi və biznesin dəyərinin artırılması yolunda vacib alətdir.

Direktorlar Şurası Holdinqin fəaliyyətinə dair digər məsələlərə də baxıb.

                                                           

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti