...

"Şahdəniz" yatağındakı quyuda yan lülə ilə qazma başlanıb

Energetika Materials 27 Sentyabr 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir S.Əliyev/ "Şahdəniz" yatağının işlənmə layihəsinin texniki operatoru BP şirkəti beşinci quyudan (Hasilat platformasında qazılan ilk quyu) ikinci lülə ilə qazma işləri həyata keçirir. Bu barədə hökumətdən bildiriblər.

Hökumətdən bildiriblər ki, birinci lülə ilə qazma təqribən 6 min metr dərinlikdə dayandırılıb, bundan sonra yan lülənin kəsilməsi həyata keçirilib. Bu, adı çəkilən yataqda qazılan bütün quyular arasında debitinə görə, ən böyük quyu olmalıdır.

Hazırda bu yataqda yerləşən dörd quyudan sutkada təqribən 22 mln. kubmetr qaz hasil olunur.

"Şahdəniz" qaz - kondensat yatağının işlənməsi üzrə birinci mərhələ çərçivəsində, qaz hasilatının ümumi həcmi 180 mlrd. kubmetr təşkil edir.

"Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində illik yüksək qaz hasilatı 8,6 mlrd. kubmetrə çatır. 2008 -ci ildə yataqdan qaz hasilatı həcmi 7,7 mlrd. kubmetr həcmində gözlənilir.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996 - cı il iyunun 4 - də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO, Total, LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Xammal Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur.

Xəbər lenti

Xəbər lenti