...

Avropa yenə də Rusiya enerji daşıyıcılarından asılı vəziyyətdə qalır

Energetika Materials 16 Noyabr 2008 02:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend müxbir E.Ostapenko/ Avropanın neft və qaz təchizatında Rusiya yenə də önəmli rol oynayacaq.

Noyabrın 14-də Bakıda enerji sammiti keçirilib. Sammitdə Avropanın enerji təhlükəsizliyini təmin etməyə və Avropaya neft-qaz ehtiyatlarının alternativ nəql marşrutlarını yaratmağa imkan verən enerji layihələri müzakirə olunub.

Ekspertlərin fikrincə, neft və qazın alternativ nəql mənbələrinin yaradılması yolu ilə Avropa ölkələri Rusiya enerji daşıyıcılarından asılılıqlarını azaltmağa çalışırlar.

Bəzi Avropa ölkələrində yerli enerji istehsalçılarının iri Rusiya enerji şirkətləri tərəfindən sıxışdırılıb bazardan kənarlaşdırılacağına dair narahatçılıq var.

"Biz Avropa vətəndaşlarını xarici tədarükçülərin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı risklərdən qorumalıyıq. AB-nin səkkiz üzvü 100 faiz bir tədarükçüdən asılıdır və bu, problemdir", - deyə Avropa komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib.

Azərbaycanda keçirilən enerji sammiti Avropa ilə Rusiya arasında mövcud enerji münasibətləri mövzusunda yeni mülahizələrin səslənməsi üçün səbəb olub. Çünki Rusiya dünyada önəmli enerji tədarükçüsü rolunda çıxış edir.

İtaliya Bruno Leoni institutunun energetika departamentinin direktoru Karlo Staqnaro (Carlo Stagnaro) hesab edir ki, energetika sahəsində vahid Avropa siyasətinə zərurət var.

"Avvropa energetika məsələlərində vahid mövqedən çıxmağa çalışdığı üçün tranzit ölkələrin və istehsalçı ölkələrin enerji bazarlarına daha çox inteqrasiya olmaq üçün əməkdaşlıq etməsi vacibdir", - deyə cümə günü Trend -a elektron poçt vasitəsi ilə Bakıda keçirilən enerji sammitinin yekunlarını şərh edən Staqnaro bildirib.

Sammitlə bağlı neytral mövqedən ondan ibarətdir ki, dövlətlərin bir-biri ilə əməkdaşlığı Avropa təhlükəsizliyinin təminatı üçün önəmli şərtdir, lakin Rusiyanın iştirakı olmadan keçinmək mümkünsüzdür.

ABŞ-ın "İrs" (Heritage Foundation) fondunun analitiki Ariel Koen (Ariel Cohen) hesab edir ki, Rusiyanın müvafiq planlar barədə məlumatlı olması və onların tətbiqi prosesində iştirakı vacibdir.

"Amerikalılar dediyi kimi Rusiya çöldə olmasındansa böyük çadırda yer alması daha yaxşıdır",- deyə Trend -a telefonla Koen bildirib.

Rusiyanın "Yuni Kredit Aton"un analitiki Pavel Sorokin isə fərqli düşünür.

Onun fikrincə, bu cür qərarların qəbulu üçün transavropa sammitləri səviiyyəsində müzakirələrin aparılması zəruridir.

Sorokin hesab edir ki, sammitin müsbət yekunlarla çatması mümkünsüzdür. Çünki ölkərin öz gücləri hesabına məsələn "Nabukko" qlobal layihələri maliyyələşdirmək imkanına malik deyillər.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Orta Asiyadan AB ölkələrinə qaz nəqli nəzərdə tutulur. Kəmərin inşası 2010-cu il üçün planlaşdırılır. Layihələ Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləri iştirak edir.

Sorokinin sözlərinə görə, Rusiya bu cür layihələrin reallaşmasında maraqlı deyil və hər cür onlara mane olamağa çalışır.

"Türkmənistan və Qazaxıstan qazının dünya qiymətləri ilə alınması məhz orada təsir rıçaqları qoruyub saxlamaq və "Nabukko"nu iqtisadi cəhətdən əlverişsiz etməkdir cəhdidir",- deyə Trend -a telefonla Sorokin bildirib.  

Onun fikrincə, bu cür layihələr yalnız siyasi xarakterə malikdir, çünki iqtisadə cəhətdən sərfəli deyillər.

Məqalənin ərsəyə gəlməsində həmçinin D.İbrahimova, V.Javoronkova və A.Bədəlova iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti