Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Bədəlova/ Rusiya maye-təbii qaz (MTQ) nəqli sahəsində rəqabətə tam hazır olmalıdır, - Rusiya Qaz Cəmiyyətinin prezidenti Valeri Yazev hesab edir.
"2007-ci ildə MTQ nəqlinin artım dinamikası qaz nəqlinin artımından üç dəfə artıq olub", - Yazev çərşənbə axşamı Moskvada, VI "Rusiya Qazı - 2008" beynəlxalq forumunda çıxış edərkən deyib. MTQ-nin əsas idxalatçısı Yaponiya və ABŞ olub.
Çıxışı "Vesti" telekanalı ilə birbaşa yayımlanan Yazevin sözlərinə görə, optimal proqnozlara görə, 2010-cu ildə MTQ nəqli 2006-cı illə müqayisədə iki dəfə artacaq.
"MTQ bazarı getdikcə qaz bazarına və oradakı qiymətlərə daha çox təsir edəcək", - Yazev deyib.
Onun sözlərinə görə, 2013-cü ildə ümumi istehsalda atom elektrik enerjisinin payı hazırki 15 faizdən 11 faizədək azalacaq.
Məqalə müəlliflə əlaqə ünvanı: [email protected]