Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir E.İsmayılov/ CAREC Proqramının (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) hesablamalarına görə, 2014 - cü ilədək Azərbaycanda ölkənin enerji sisteminin Rusiya, İran və Gürcüstanın enerji sistemləri ilə qarşılıqlı əlaqəsinin yaxşılaşdırılması üçün yeni elektrik ötürücü xətlərinin (EÖX) çəkilməsi layihəsi başa çatdırılacaq, - Proqramın hesabatında bildirilir.
Dəyəri 231,7 mln. dollar olan bu layihələr çərçivəsində, 550, 330, 220 və 110 kilovoltluq EÖX və yarımstansiyaların tikintisi nəzərdə tutulur ki, bu da ölkələr arasında enerji mübadiləsini artırmağa imkan verəcək.
Layihənin ümumi dəyərindən 70 mln. dollar Azərbaycan tərəfindən şəxsi maliyyələşdirmə, 81 mln. dollar beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlər, 81 mln. dollar digər mənbələrinə payına düşəcək.
Qısamüddətli sərmayələr (2008 - 2009 - cu illər) 100 mln. dollar, ortamüddətli sərmayələr (2010 - 2014 - cü illər) 132 mln. dollar təşkil edəcək. Bu layihələrin realizəsi nəticəsində, Azərbaycan ətrafında enerji bazarı qrupları inkişaf edəcək və Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyə ilə elektrik enerjisinin mübadiləsi həyata keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]