...

BTC və SCP boru kəmərlərinin səmərələliyinin artırılması üçün tədqiqatlar aparılacaq - CAREC

Energetika Materials 21 Noyabr 2008 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir E.İsmayılov/ Bakı - Tbilisi -Ceyhan (BTC) boru kəmərini istismar edən BTC Co şirkəti və Cənubi Qafqaz qaz kəməri (Bakı - Tbilisi - Ərzurum) - SCP- ni idarə edən "Şahdəniz" Konsorsiumu bu boru kəmərlərinin iqtisadi məqsədəuyğunluğunun artırılması üzrə tədqiqatlar aparacaqlar, - Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının hesabatında bildirilir. Tədqiqatların dəyəri 300 min dollar təşkil edir.

Bu layihələrin iqtisadi məqsədəuyğunluğunun artırılması boru kəmərləri ilə Qazaxıstna əv Türkmənistandan neft və qazın nəqli hesabına mümkündür. Güman edilir ki, tədqiqatlar 2008 - 2009 - cu illərdə aparılacaq.

Tədqiqatların nəticəsi Qazaxıstan və Türkmənistandan enerji daşıyıcılarının ixrac  bazarının diversifikasiyasının sürətlənməsi, istismar müddətlərində boru kəmərlərində neft və qazın optimal axın səviyyəsinin dəstəklənməsi olmalıdır.

Mərkəzi Asiya İqtisadi Əməkdaşlığı proqramı AİB - in təşəbbüsü ilə 1998 - ci ildə təsis edilib.CAREC - səkkiz iştirakçı dövlətin (Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AIB, AYİB, BVF, İİB, BMT İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlığıdır.

Proqram infrastruktur layihələrinin maliyyələşdirilməsi, nəqliyyat, ticarətə yardım, ticarət siyasəti və energetika kimi prioritet sahələrdə regional siyasətin təkmilləşdirilməsinə yönəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti