...

Beynəlxalq Enerji Agentliyi bəzi NEZ-ləriq bağlanacağını proqnozlaşdırır

Energetika Materials 6 Dekabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr/ Trend / Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv bəzi ölkələrdə bir sıra neft emalı zavodları (NEZ) yaxın illərdə pis iqtisadi vəziyyət səbəbindən bağlana bilər. Bu barədə Energy Intelligence Group yazır.

Məruzədə bildirilir ki, neft məhsullarına zəif tələbat və ətraf mühitin mühafizəsi barədə ciddi qanunvericilik neft məhsulları istehsalının azalmasına gətirib çıxara bilər.

Agentliyin proqnozlarına görə, 2009-cu ildən başlayaraq İƏİT ölkələrində NEZ-lərdən istifadə 77 faizədək düşəcək ki, bu da 1995-ci ilin yanvarından 2008-ci ilin sentyabrınadək olan dövrdə qeydə alınan 88,3 faiz göstəricidən aşağıdır.

BEA-nın proqnozlarına əsasən, neft məhsullarına dünya tələbatı 2008-ci illə 2013-cü illlər aralığında aralığındakı dövrdə ildə orta hesabla 1,2 faiz artaraq (sutkada təqribən bir mln.barel) sutkada 91,3 mln. barel göstəricisinə çatacaq.

Xəbər lenti

Xəbər lenti