...

Qazaxıstanda neft məhsullarının qiyməti düşüb

Energetika Materials 10 Dekabr 2008 12:03 (UTC +04:00)

Qazaxıstan, Astana, 10 dekabr/ Trend , müxbir K.Konırova/ Statistika Agentliyinin məlumatlarına görə, Qazaxıstanda noyabrda neftin qiymətləri 30,1 faiz, qaz kondensatı üzrə qiymətlər 26,5 faiz düşüb, təbii qaza olan qiymətlər isə 6,1 faiz, neft məhsulları üzrə 0,6 faiz, kömür üzrə 0,3 faiz artıb.

Ötən ay ərzində əvvəlki illə müqayisədə mədənçıxarma sənayesində qiymətlər 25,7 faiz, emaledici sənayedə isə 7,4 faiz düşüb. Elektrik enerjisi, qaz və suyun qiymətləri 1,1 faiz artıb.

İdarənin məlumatına görə, ötən ay metallurgiya sənayesində misin qiyməti üzrə 29,9 faiz, sinkin qiyməti üzrə 20 faiz, xam alüminin qiyməti üzrə 13,6 faiz, ferroərinti üzrə 12,7 faiz və qara metallurgiya prokatları üzrə 9,2 faiz enmə qeydə alınıb.

Ərzaq malları da 0,3 faiz ucuzlaşıb. Bitki yağları 7,5 faiz, buğda unu 3,1 faiz, yarma 1,2 faiz, balıq 1,1 faiz ucuzlaşıb. Şəkər 9,2 faiz, süd məhsulları və qənnadı məmulatları 1,3 faiz, makaron məmulatları 0,5 faiz, çay 0,4 faiz bahalaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti