...

Yanvar - noyabrda Azərbaycanda xlor oksidi istehsalı artıb

Energetika Materials 17 Dekabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend / Azerkimya Dövlət Şirkəti yanvar - noyabr ərzində kimya məhsullarının bütün növləri üzrə 2007-ci ilin yanvar-noyabr aylarının istehsal göstəricilərini əhəmiyyətli dərəcədə qabaqlayır.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövr göstəricisinə nisbətdə, propilen istehsalı 34,1 faiz, polietilen 40,4 faiz, xlor okisidi 60 faiz artıb. Digər sahələr üzrə artım belədir:azot istehsalı -71 faiz, kaustik soda -36,6 faiz, lak-boya məmulatları -53,1 faiz, izopropil spirti - 35,3 faiz.

2008 - ci il ərzində əsas kimya məhsulları növlərinin istehsalı:

Məhsul 2008 - ci ilin yanvar-noyabrında istehsal min ton ilə 2007- ci ilin yanvar-noyabrına nisbətdə, %-lə
Azot (mln.kub.m.) 15 171
Kaustk soda (min.t) 20,1 136,6
Propilen (min.t) 31,1 134,1
Polietilen (min.t) 57,3 140,4
İzopropil spirt (min.t) 19,8 135,3
Lak - boya məmulatları (mln. t) 2,4 153,1
Xlor oksidi (min.t) 3,2 160
Xəbər lenti

Xəbər lenti