...

BVF neftin qiymətləri üzrə bazis proqnozunu azaldıb

Energetika Materials 30 Yanvar 2009 03:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend / Beynəlxalq Valyuta Fondunun (BVF) tərtib etdiyi neftin qiymətinin bazis proqnozuna azalma istiqamətində yenidən baxılıb - 2009-cu ildə bir barelə görə 50 dollaradək və 2010-cu ildə bir barelə görə 60 dollar ("Dünya iqtisadiyyatının inkişaf perspektivləri" bülleteni"nin noyabr buraxılışında müvafiq olaraq 68 və 78 dollar). Bu proqnoz üçün risklər də göstəricilərin azaldılması istiqamətində dəyişdirilib, - BVF-in yenilənmiş hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, istehsalın azalması və geosiyasi gərginliyə baxmayaraq, neftin qiyməti 2008-ci ilin iyulundakı ən yüksək həddən 60 faizdən çox aşağı düşüb. Lakin real olaraq qiymətlər əvvəlki kimi 1990-cı illərdə olduğundan yüksəkdir.

Sonuncu tendensiyalara müvafiq olaraq, metallar və qida məhsullarının qiymətinə də azalma istiqamətində yenidən baxılıb. Öz növbəsində bu azalma bir sıra birja malları ixrac edən ölkələr üçün artım proqnozlarının azaldılmasına gətirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti