...

SOCAR şirkəti Ceyhandan yüngül neft partiyasının satışına dair növbəti tenderi elan edib

Energetika Materials 3 Fevral 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair növbəti tenderi elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.

Bir mln. barel həcmində neft partiyası martın 1-5-də göndəriləcək. Tenderin yekunları fevralın 6-da açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti