Azərbaycan, Bakı, 05 fevral / Trend / "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin yayılması və satışı ilə məşğul olur) fevralın 7-də Bakı vaxtı ilə saat 15:00-da enerji haqları üzrə borcların ödənməsi üçün qoyulan müddəti başa çatan abunəçilərə elektrik enerjisi verilişini dayandıracaq. Bu barədə SC-nin məlumatında bildirilir.
Məlumatda deyilir ki, abunəçilərə elektrik enerjisi verilişinin kəsilməsini xüsusi yaradılmış qrup həyata keçirəcək. Şəbəkəyə təkrar qoşulma yalnız bir neçə gündən sonra mümkün olacaq. İstifadə olunmuş elektrik enerjisinə görə borcu olan abunəçilərə heç bir güzəşt edilməyəcək.