...

SOCAR dəniz yatağında neft hasilatını artırmaq istəyir

Energetika Materials 9 Fevral 2009 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend / "SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) "Neft Daşları-1887" platformasında (eyniadlı yataqda) hasilatı sutkada 390 tondan 570 tona qədər artırmağı planlaşdırır", - bazar ertəsi SOCAR-ın yaydığı məlumada deyilir. Hasilatın artımı altı yeni quyunun qazılması hesabına mümkün olacaq.

"Neft Daşları-1887" platforması 36 quyu qazılmasına hesablanıb. Hazırda onun üzərində artıq 16 quyu qazılıb. 12 quyu fəaliyyət göstərir, biri mənimsənilir, üçündə isə təmir aparılır.

SOCAR şirkətinin "Kompleks qazma işləri" tresti  platformada yeni quyunu istismara verib. Yeni platformadan sutkalıq hasilat 100 ton neftdir.

Bu tədbirlər "Azərbaycanın yanacaq-energetika kompleksinin inkişaf proqramı (2005-2015-ci illər)" çərçivəsində həyata keçirilir.

Proqram çərçivəsində "Neft Daşları" neft-qaz hasilatı idarəsi neft hasilatını 1,2 milyon tona qədər artırmağı planlaşdırır. 2009-cu ildə NQHİ neft hasilatını 1,02 milyon ton rəqəmə çatdırmaq niyyətindədir.

ARDNŞ-nin hesablamalarına görə, "Neft Daşları" yatağında qalıq neft  həcmi 30 milyon təşkil edir. 2010-cu ilə qədər bu yataqdan neft hasilatının həcmini artırmaq məqsədilə Dövlət Neft Şirkəti 78 yeni quyu qazacaq.

Xəbər lenti

Xəbər lenti