Azərbaycan, Bakı, 19 fevral / Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2008-ci ilin yanvarında 608,5 min ton neft emala göndərdiyi halda, bu ilin yanvarında bu rəqəm 575,4 min ton təşkil edib, - SOCAR-dan bildirilib.
SOCAR 2008-ci ildə 7.4 milyon ton neft emala göndərib.
Azərbaycanda neft məhsulları, ümumi həcmi 20 milyon ton olmaqla Bakının iki neft emalı zavodunda (BNEZ) istehsal edilir.Quru və dəniz yataqlarında öz vəsaiti hesabına hər il təxminən 6 milyon ton neft hasil edən hər iki neft emalı zavodu SOCAR-ın tərkibində fəaliyyət göstərir.
Azərbaycanda 57 neft və qaz yatağı yerləşir, bunlardan 18-i dənizdə, qalanları isə quru ərazisindədir.
Hazırda SOCAR-ın əməkdaşları 63 min nəfərdir.