Azərbaycan, Bakı, 20 fevral / Trend / 2008-ci ildə Azərbaycan quru və dəniz yataqlarında əməliyyatlar aparmaq üçün 210 min ton müxtəlif tipli metal boru idxal edib ki, bu da 2007-ci il ilə müqayisədə 10,6 faiz azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, göstərilən dövr ərzində təqribən 283,3 mln. dollar həcmində boru idxal olunub ki, bu da 2007-ci ilin analoji göstəricisinə nisbətdə 15,1 faiz azdır.