...

Xəzər Dəniz Neft Donanması yük daşımaları həcmini artırıb

Energetika Materials 20 Fevral 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend / 2008-ci ildə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) Xəzər Dəniz Neft Donanması (XDND) təqribən 574 min ton yük nəql edib ki, bu da proqnozlaşdırılan həcmdən 123,6 min ton (27,5 faiz) çoxdur. Bu barədə SOCAR-ın məlumatında bildirilir.

2008-ci ildə donanmanın göstərilən dəniz xidmətlərdən gəlirləri təqribən 106 mln. manat təşkil edib. Bu göstərici 91 mln. manat həcmində proqnozlaşdırılırdı. Ötən il XDND-nın mənfəəti 2007-ci il ilə müqayisədə 44 mln. manat artıb.

Hazırda Xəzər Dəniz Neft Donanması balansında olan 202 gəmini istifadə edir. Ötən il 82 gəmi təmir olunub, 32 gəminin təmiri isə davam etdirilir.

2008-ci ildə XDND-nın müəssisələrində 15 mln. manat həcmində gəmi təmiri həyata keçirilib.

Yanvarın 1-nə olan məlumatlara görə, XDND gəmilərinin yük götürmə qabiliyyəti 85447,6 ton təşkil edir. Ümumilikdə donanmanın balansında 263 gəmi və yeddi üzən vasitə var.

Fevralın 20-nə olan rəsmi məzənnə 0,8062 AZN/USD təşkil edir

Xəbər lenti

Xəbər lenti