...

Yanvar-fevralda Azərbaycanda təqribən 4,5 min ton neft koksu istehsal edilib

Energetika Materials 10 Mart 2009 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend /

Yanvar-fevralda SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) "H.Əliyev adına" Bakı Neft Emalı Zavodunda 4,4 min ton neft koksu istehsal olunub. Bu göstərici 2008-ci ilin analoji dövründə 17,97 min tona bərabər olub. Bu barədə SOCAR-dan bildiriblər.  

2008-ci ildə Bakı Neft Emalı Zavodu tərəfindən 168,93 min ton koks istehsal olunub. 2007-ci ildə bu göstərici 84,74 min ton, 2006-cı ildə isə  67,24 min ton təşkil edib. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb.

Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti