...

SOCAR şirkəti elektrik stansiyalarına qaz tədarükünü artırıb

Energetika Materials 16 Mart 2009 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

Yanvar-fevralda yanacaq qismində istifadə məqsədilə "Azərenerji" Açıq tipli Səhmdar Cəmiyyətinə (Azərbaycanda iri enerji istehsalçısı) təqribən 909 mln. kubmetr qaz verilib. Bu göstərici ötən ilin yanvar-fevral aylarında təqribən 723 mln. kubmetrə bərabər olub. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) məlumatında bildirilir.

Fevralda "Azərenerji"yə təxminən 465 mln. kubmetr qaz verilib.

"Azərenerji" 2008-ci ildə təqribən 5 mlrd. kubmetr qaz əldə edib. 2007-ci ildə bu göstərici 3,4 mlrd. kubmetr təşkil edib.

2007-ci ilin aprelindən Azərbaycanda dövlət idarələri arasında qaz əməliyyatları üzrə qarşılıqlı hesablaşma sxemi dəyişdirilib. Azərbaycan Dövlət Neft Şirkəti şəxsi qazını "Azərenerji" SC-yə birbaşa tədarük edir. Əvvəllər SOCAR bu əməliyyatı "Azəriqaz" vasitəsilə həyata keçirirdi.

"Azərenerji"nin "Azəriqaz" tərəfindən tədarük olunan qaza görə borcu yaranırdı, sonuncunun da öz növbəsində əldə olunan yanacağa görə SOCAR qarşısında borcu əmələ gəlirdi. Hazırda "Azəriqaz" elektrik satnsiyalarına qazı yalnız nəql edir.

Xəbər lenti

Xəbər lenti