...

Azərbaycan OPEK-in beynəlxalq seminarında iştirak edəcək

Energetika Materials 16 Mart 2009 11:41 (UTC +04:00)

Avstriya, Vyana, 16 mart / Trend , müxbir A.Ələsgərov /

Sənaye və energetika naziri Natiq Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti OPEK-in martın 18-19-da Vyananın Xofburq sarayında keçiriləcək IV beynəlxalq seminarında iştirak edəcək. Bu barədə Vyanada Trend -ın xüsusi müxbirinə SOCAR şirkətinin Avstriyadakı nümayəndəliyindən məlumat verilib. 

Görüşdə neftin formalaşan bazar iqtisadiyyatının inkişafında rolu müzakirə olunacaq.

Nazir Əliyev Avstriyanın iqtisadiyyat və əmək federal naziri Reynhold Mitterlener və UNIDO-nun (The United Nations Industrial Development Organization) baş direktoru Kande Yumkella ilə görüşlər keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti