...

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatı artır

Energetika Materials 16 Mart 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Əliyev /

"Hazırda "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqları blokunda sutkalıq hasilat həcmi 800 min bareldir", - bazar ertəsi, bu yataqların işlənməsi üzrə operator olan ВР Azerbaijan şirkətindən deyilib.

2008-ci ildə AÇQ yatağında sutkalıq hasilat həcmi 900 min barelə çatsa da, yataqların işlənməsi üzrə operator BP sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma personalını dənizdə qazın aşkar olunması səbəbindən evakuasiya edib. Təhlükəsizlik məqsədi ilə yatağın qərb hissəsində "Qərbi Azəri" platformasından da hasilat dayandırılıb. Bunun nəticəsindən hasilatın həcmi 600 min barelə düşüb. Hazırda platformadan qazılmış 13 quyudan 9-u fəaliyyət göstərir, 10-cunun işə buraxılması üzərində isə çalışmalar davam edir.

"Azərbaycan dəniz yatağı olan "Mərkəzi Azəri"də iş bu ilin aprelində bərpa olunacaq", - bir müddət əvvəl SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"Azəri-Çıraq-Günəşli" yataqlarında Azeri Light markalı neft hasil edilir və Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə ixrac olunur.

AÇG layihəsi üzrə tərəfdaşlar: BP (operator- 34,1%), ChevronTexaco (10, 2%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8 %), TRAO (6,8 %), Devon (5,6 %), ITOCHU (3,9 %), Hess (2,7%). Lazımi kapital qoyuluşlarının həcmi 20 milyard dollardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti