Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirtsxaliya /
Regional enerjipaylayıcı Energy Pro-Georgia şirkəti Gürcüstan və Türkiyə arasında 220 voltluq elektrik ötürücü xətt (EÖX) çəkəcək.
Tikinti apreldə başlayacaq və təxminən 10 ay ərzində başa çatdırılacaq. Şirkət obyektə on milyonlarla sərmayə qoymağı planlaşdırır.
EÖX elektrik enerjisinin idxal-ixracını həyata keçirəcək. Yay zamanı bu xətlə Gürcüstan elektrik stansiyalarının istehsal etdiyi enerji qalıqları Türkiyəyə ötürüləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]