...

Azərbaycanla bağlanan qaz müqaviləsi Gürcüstana sərf edir - enerji naziri

Energetika Materials 26 Mart 2009 20:53 (UTC +04:00)
Azərbaycanla bağlanan qaz müqaviləsi Gürcüstana sərf edir - enerji naziri

Azərbaycan, Bakı, 26 mart / Trend /

"QazTransQaz-Tbilisi" MMC-yə xüsusi idarəçinin təyin olunması müvvəqəti tədbirdir və məqsəd menesmentin yaxşılaşdırılmasıdır. Bunu   "QazMunayQaz" SC-nin prezidenti Kairgəldi Kabıldinin bəyanatını şərh edən Gürcüstanın enerji naziri Aleksandr Xetaquri deyib.

"Əvvəl bəyan etdiyim kimi, "QazTransQaz-Tbilisi" MMC-nin aktivləri onun sahibinin mülkiyyətində qalır və xüsusi idarəçinin təyin edilməsi maliyyə borclarının ləğv edilməsinə yönəlib", Gürcüstan enerji nazirliyinin rəsmi internet saytında nazir Xetaqurinin sözləri verilib.

Onun sözlərinə əsasən "Kairgəldi Kabıldinin 40 milyon dollar borcdan 10 milyon dolların keçən illərin və 30 milyon dolların cari borclar olduğu barədə sözləri həqiqətə uyğun deyil".

"QazTransQaz-Tbilisi" MMC-nin borcları 2008-ci ilin sentyabr ayından cari ilin yanvar ayına qədər olan müddətdə yığılıb. Kairgəldi Kaldıninin məlumatlı olmaması və ya bilərəkdən mövcud vəziyyət barədə səhv məlumatlandırılması təəssüf doğurur", - deyə nazir bildirib.
"QazMunayQaz" SC-nin prezidentinin Gürcüstanda SOCAR tərəfindən satılan azərbaycan qazının qiymətinə dair məlumatına gəldikdə isə, Xetaquri qeyd edib ki, Kabıldin "QazTransQaz-Tbilisi" və azrəbaycan şirkəti arasında bağlanmış müqavilədə göstərilən real qiymət barədə məlumatı olmalıdır.   

"Məndə olan məlumata əsasən SOCAR "QazTransQaz-Tbilisi" MMC-yə "sosial qazı" 1000 kubmetrəyə görə 167 dollara, kommersiya qazını isə 1000 kubmetrəyə görə 265 dollara satır və bu "Qazpromun" təyin etdiyi 1000 kubmetrəyə görə 280 dollar qiymətindən aşağıdır. Azərbaycan tərəfi ilə təbii qazın nəqli ilə bağlı beş illik müqavilə Gürcüstana sərfəlidir və Azərbaycan tərəfindən dostluq yardımının göstəricisidir", - deyə Xetaquri bildirib.

Onun sözlərin görə, "QazTransQaz-Tbilisi"yə xüsusi idarəçinin təyin olunması kompaniyanın aktivlərinin ələ alınmasını nəzərdə tutmur.

"QazTransQaz" SC-i "QaztransQaz-Tbilisi"ni özündə saxlamaq və ya satmaq seçimində azaddır. Gürcüstan höküməti bu məsələnin həllinə qarışa bilməz. Borcun özdənilməsi müxanizminə gəldikdə isə, qeyd etmək lazımdır ki, "QazTransQaz-Tbilisi" MMC-nin rəhbərliyi "Gürcüstan neft qaz şirkəti" MMC-nin restrukturizasiya  və borcun ödənilməsi qrafikinin təsdiq olunması təklifini rədd edib", - deyə Xetaquri bildirib.  

Xəbər lenti

Xəbər lenti