...

Amerika bankı neft tələbatının proqnozunu azaldıb

Energetika Materials 29 Mart 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir А.Bədəlova /

Dünyanın ən böyük banklarından olan JPMorgan-ın proqnozlarına görə, 2009-cu ildə dünyada neftə olan tələbat sutkada 2,2 milyon barel azalaraq 83,5 milyon barelə enəcək. 2008-ci ildə bu rəqəm sutkada 85,7 milyon barel olub. Bir müddət əvvəl bank tələbatın sutkada 1,6 milyon barel azalacağını proqnozlaşdırmışdı.

2009-cu ildə neftə ən az tələbat ikinci rübdə - sutkada 82,6 milyon barel həcmində müşahidə olunacaq. Dördüncü rübdə tələbat sutkada 84,5 milyon barelə qədər artacaq. 

2009-cu ildə neftə tələbatın ümumi həcmindən sutkada 46 milyon bareli OPEK ölkələrinin, 37,5 milyon bareli digər ölkələrin payına düşəcək.

Bankın analitiklərinin proqnozuna görə, 2009-cu ildə ümumi neft tədarükünün həcmi 3,2 milyon barel azalaraq sutkada 83 milyon barelə enəcək.

Bankın proqnozlarına görə, OPEK-in neft tədarükünün həcmi bu il sutkada 27,9 milyon barel təşkil edəcək ki, bu da 2008-ci ilin sutkalıq həcmindən 3,2 milyon barel azdır. OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün həcmi 2009-cu ildə sutkada 48,1 milyon barel təşkil edəcək. 2008-ci ildə bu rəqəm sutkada 48,2 milyon barelə bərabər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: с[email protected]

Xəbər lenti

Xəbər lenti