...

Nabucco Gas Pipeline International uzunmüddətli perspektivdə İran qazının təchizatını gözləyir

Energetika Materials 10 Aprel 2009 15:57 (UTC +04:00)
Nabucco Gas Pipeline International uzunmüddətli perspektivdə İran qazının təchizatını gözləyir

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Bədəlova /  

Nabucco Gas Pipeline International uzunmüddətli perspektivdə "Nabukko" boru kəməri üçün İran qazının təchizatını gözləyir. Bu barədə Bolarıstanın "Dnevnik daily" dərgisinə` müsahibə zamanı konsorsiumun icraçı direktoru Reynxard Mitçek deyib.

Mitçekin sözlərinə görə, boru kəmərinin digər mümkün təchizatçısı İraq və Misir ola bilər.

"Lakin təchizatların gerçəkləşməsi üçün siyasi stabillik çox vacibdir", - Mitçek deyib.

Konsorsium direktorunun sözlərinə görə, Xəzər regionunda əlverişli yatırım şəraiti yarandığından Azərbaycanla Türkmənistan da layihənin həyata keçirilməsindən mənfəət götürə bilərlər.

7,9 milyar avro dəyəri olan "Nabukko" qaz kəməri Azərbaycan və Mərkəzi Asiya qazının Aİ-yə təchizatını nəzərdə tutur. Qaz kəmərinin inşasına 2011-ci ildə başlanılacağı planlaşdırılır. İlkin təchizat 2014-cü ildə başlayacaq. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kub metr təşkil edəcək.

Mitçekə görə, layhənin reallaşması yolunda ən böyük məsələ layihəyə üzv olan ölkələrin qanunvericilik strukturlarının sinxronlaşdırılması ilə bağlıdır.

Onun sözlərinə əsasən, Türkiyə ilə ölkə qanunvericiliyinin Avropa normasına uyğunlaşdırılması barədə danışıqlar aparılır. "Son bir neçə ayda bu məsələ ilə bağlı müəyyən irəliləyiş əldə edilib", - Mitçek qeyd edib.    

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir.

Dünya maliyyə böhranından danışan Mitçek deyib ki, belə olduqda qaz bazarının daralması müşahidə edilir. "Bununla belə, Avropada qaza olan tələbat uzunmüddətli prespektivdə artacaq. Biz Avropa Səhmdar bankı, Avropa Yenidənqurma Bankı və İxracat Kredit Agentliyi ilə danışıqlar aparmışıq", - Mitçek qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti