Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir E.İsmayılov /
Naxçıvan Muxtar Respublikasının (NMR) qaza olan ehtiyacının ödənilməsi üçün Azərbaycan "svop" tədarükləri çərçivəsində həcmi sutkada bir milyon kubmetr olmaqla SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müstəqil şəkildə əldə etdiyi qazın İrana ötürülməsini həyata keçirir", - bazar ertəsi hökumətdəki mənbə deyib.
Qaz İrana "Azəriqaz SC"-nin boru kəməri vasitəsi ilə tədarük edilir.
Azərbaycan və İranı Hacıqabul(Qazıməhəmməd)-Astara-Bind-Biand qaz kəməri bağlayır. Onun ümumi uzunluğu 1474,5 kilometr, Azərbaycandakı hissəsi 296,5 kilometrdir. Buraxılış gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istifadəyə verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Onun trassında üç kompressor stansiyası tikilib - Hacıqabul, Ağdaş və Qazax. Qaz nəqli sistemi 55 dərəcəli atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.
NMR-ə İran vasitəsi ilə qaz tədarükünə səbəb Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi üzündən respublika ilə MR arasında birbaşa əlaqənin olmamasıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]