...

Azərbaycandan birinci rübdə 9 milyon tondan çox neft ixrac olunub

Energetika Materials 25 Aprel 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend /

"Yanvar-mart aylarında boru kəməri və dəmiryol vasitəsilə Azərbaycandan 9,6 milyon ton neft ixrac olunub", - Dövlət Gömrük Komitəsi xəbər verir.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə bu dövr ərzində təxminən 7,7 milyon ton neft nəql olunub. BTC ilə "Azəri-Çıraq-Günəşli" yatağından əldə olunan yüngül neft ixrac olunur. Neft kəmərinin operatoru BP-dir. Layihənin yalnız iki iştirakçısı ExxonMobil və Devon öz neftini BTC ilə deyil, dəmiryolla Batumi limanına çatdırır və oradan satır.

Komitənin məlumatına görə, Bakı-Novorossiysk kəməri ilə yanvar-martda təxminən 611 min ton neft nəql olunub. Bu kəmərlə əsasən SOCAR-ın öz vəsaitləri hesabına yataqlardan əldə etdiyi neft, həmçinin qurudakı yataqlardan xarici iştiraklı birgə müəssisə və əməliyyat şirkətlərinin xammalı nəql olunur.

Komitə qeyd edir ki, Bakı-Supsa boru kəməri ilə 2009-cu ilin yanvar-mart aylarında təxminən 1,1 milyon ton neft ixrac olunub. Kəmərin operatoru BP-dir.

Komitənin məlumatında deyilir ki, dəmiryol ilə 192 min ton neft ixrac olunub. ExxonMobil və Devon şirkətlərinin daşıdığı neftdən başqa bu yolla Azərbaycan ərazisindən tranzit kimi aparılan Qazaxıstan və Türkmənistan nefti də nəql olunur.

Xəbər lenti

Xəbər lenti