...

Bakıda qaz istehlakçılarını smart-sayğaclarla təmin etmək üçün 50 milyon manatdan artıq vəsait lazımdır

Energetika Materials 27 Aprel 2009 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova /  

"Smart-kart istifadə edilən sayğacların Bakıda qaz istehlakçıları üçün tam tətbiqindən ötrü 52 milyon manat vəsait tələb olunur", - "Azəriqaz" QSC rəhbərinin müavini Nazim Səmədzadə mətbuat konfransı zamanı deyib.

"Bu böyük məbləğdir və istifadə olunan qaza görə yığımın səviyyəsini aşağı oluduğundan QSC-nin belə sayğacların quraşdırılması üçün lazım olan miqdarda vəsaiti yoxdur", - Səmədzadə qeyd edib.

Onun sözlərinə əsasən, "Azəriqaz" artıq bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət etsə də hələ cavab almayıb.

Səmədzadə hesab edir ki, elektron sayğaclar istifadə olunan qaza görə pul yığımı üçün effektli şərait yaradır. Hazırda Azərbaycanın Gəncə şəhəri əhalisinin 35 faizi smart tipli elektron sayğaclardan istifadə edir və bu günə kimi müəssisəyə əhalidən heç bir irad daxil olmayıb.

Pilot layihə çərçivəsində "Azəriqaz" QSC 2008-ci ildə 1,5 min Bakının Şüvəlan qəsəbəsində, 1,2 min Sumqayıt şəhərində və 700 sayğac Bakı şəhəri Nəsimi rayonunda quraşdırıb. Orta hesabla G-4 tipli elektron sayğacın quraşdırılmasına 280-300 manat, G-6 tipli üçün 700 manat tələb olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti