...

Azərbaycan neftinin qiyməti: 4-8 may həftəsinin yekunları

Energetika Materials 12 May 2009 17:30 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 4-8 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir A.Bədəlova /

4-8 may həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $55,2/bar təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $4,84/bar çoxdur.

4-8 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $57,3/bar, minimal qiyməti isə $52,4/bar təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0,14%-dir.

4-8 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $52,36/bar təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $4,02/bar çoxdur.

4-8 may həftəsində URALS neftinin maksimal qiyməti $54,43/bar, minimal qiyməti isə $49,73/bar təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

4-8 may həftəsində Brent Dated neftinin orta qiyməti $54,26/bar təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $4,09/bar çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $55,98/bar, minimal qiyməti isə $51,97/bar təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti