Azərbaycan, Bakı, 18 may / Trend /
SOCAR cari ilin yanvar-aprel ayları ərzində (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 65 141 metr həcmində qazma işləri aparıb. Ötən ilin analoji dövründə bu göstərici 71 504 metrə bərabər olub, SOCAR-ın məlumatında deyilir.
Apreldə şirkət 17339 metr həcmdə qazma işləri aparıb.
SOCAR 2008-ci ildə 202 954 metr qazma işləri aparıb. 2007-ci ildə bu rəqəm 190 376 metr təşkil edib.