İran qazının Pakistana ixracı 2014-cü ildən başlayacaq. Bu müddətdə İran və Pakistan boru kəmərinin texniki məsələlərinə dair müzakirələri davam etdirəcəklər. Bu barədə İranın "Sülh" boru kəməri (Peace Pipeline) müzakirələrində xüsusi nümayəndəsi Höccətullah Qənimifərd bazar ertəsi bildirib. Xəbəri İranın Mehr agentliyi yayıb.
Sazişə əsasən, hər iki ölkə 2013-cü ildə qazın qiymətinə dair razılamaya yenidən baxacaq və qaz ixracına başlayandan sonra hər üç ildən bir qazın ixrac qiymətinə yenidən baxılacaq.
"Sülh boru kəməri müqaviləsinin son variantı üç həftə sonra İran və Pakistan arasında imzalanacaq", -deyə İranın Milli Qaz İxracı şirkətinin direktoru seyid Rza Kəsayizadə bazar ertəsi İRNA agentliyinə eksklüziv musahibəsində bildirib.
Onun sözlərinə görə, İran və Pakistan "Sülh boru kəməri" müqaviləsinin bütün detallarını razılaşdırıblar.
Kəsayizadə bildirib ki, İran Pakistana illik 8 milyard kubmetr qaz ixrac edəcək.
"İran öz qazını Pakistana sərhəddə təhvil verəcək. İranın İranşəhr şəhərindən İran və Pakistan sərhədinə qədər 250 kilometr boru kəməri çəkiləcək. Kəmərdə bir neçə nasos stansiyaları da quraşdıralacaq", - deyə o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]