...

ABŞ İran qazının beynəlxalq layihələrdə istifadəsi üçün bu ölkənin mövqeyini dəyişməsinə ümid edir - xüsusi nümayəndə Riçard Morninqstar

Energetika Materials 1 İyun 2009 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir А.Bədəlova /

"ABŞ İranın mövqeyinin elə dəyişilməsinə ümid edir ki, bu zaman bu ölkənin qazını enerji təchizatı mənbələrinin diversifikasiyası üzrə "Nabukko" qaz kəməri də daxil olmaqla, beynəlxalq layihələrdə istifadə etmək mümkün olsun", - bazar ertəsi, mayın 30-dan etibarən Bakıda olan, ABŞ-ın Avrasiyanın energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.

"Bu gün İran qazının, bu ölkənin beynəlxalq öhdəlikləri pozması və beynəlxalq sülh və sabitliyə təhlükə yaratmasına görə, layihələrdə istifadə vaxtı deyil", - Bakıya səfəri iyunun 3-nə qədər sürəcək Morninqstar bildirib.

Onun sözlərinə görə, "Nabukko" və TGI (Türkiyə-Yunanıstan-İtaliya) kimi layihələr "strateji və diversifikasiya nöqteyi-nəzərindən çox vacibdir".

"Onlar yalnız Azərbaycanın deyil, həm də Türkmənistan və İraqın gələcək inkişaf yollarının yaradılmasına kömək edəcək", - Morninqstar jurnalistlərə deyib.

Eyni zamanda Morninqstar bildirib ki, bu layihələr Avropanın enerji təhlükəsizliyi ilə bağlı bütün problemlərini həll etmir.

İraq qazından istifadəyə gəlincə Morninqstar deyib ki, ABŞ bu variantı nəzərdən keçirir, amma "bunun üçün vaxt tələb olunur". 

"Bu istiqamətdə siyasi çətinliklər və yeni infrastruktura ehtiyac var. Ancaq biz bunun üzərində işləyəcəyik", - Morninqstar bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti