...

Azərbaycanın hasil etdiyi qazın həcmi artıb

Energetika Materials 5 İyun 2009 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend /

Yanvar-mayda "Azəri-Çıraq-Günəşli" (AÇQ) blok dəniz yataqlarını və "Şah Dəniz" yatağını işləyən SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və xarici şirkətlər vasitəsi ilə Azərbaycana təxminən 5 milyard kubmetr qaz verilib, beləki bu göstərici ötən ilin analoji dövründə 4,4 milyard kubmetr olub, cümə günü yayılmış SOCAR-ın məlumatında bildirilir.

Dövlətə verilmiş qazın ümumi həcminin 2,8 milyard kubmetri SOCAR-ın, qalan 2,2 milyard kubmetr "AÇQ" və "Şah Dəniz" yataqlarının payına düşüb.

Mayda dövlətə 882 milyon kubmetr qaz verilib, onun 533 milyon kubmetri SOCAR-ın payına düşüb. Qalan 348,6 milyon kubmetr xarici şirkətlər tərəfindən işlənilən yataqların payına düşüb.

"AÇQ"nin işlənilməsi çərçivəsində əldə olunan səmt qazı ödənişsiz SOCAR-a verilir. SOCAR-ın "Şah Dəniz" yatağının işlənməsi çərçivəsində əldə etdiyi qazın yarısı, şirkətin müqavilədə pay iştirakına gəlir, yanacağın qalan hissəsi şirkət tərəfindən alınır.

Bu il SOCAR dövlətə 7 milyard kubmetr qaz vermək niyyətindədir, beləki bu qaz şirkətin özünün işlədiyi yataqlarda əldə olunacaq, əvvəllər şirkətin rəhbəri Rövnəq Abdullayev bildirib.

"Azəri-Çıraq-Günəşli" yatağında Bakı-Tbilisi-Ceyhan borusu ilə ixrac olunan Azəri Light markalı neft və həmçinin səmt qazı əldə olunur.

"Şah Dəniz" yatağında qazın sutkalıq hasilatı 20-24 milyon kubmetr təşkil edir. Bu il yataqdan 9 milyard kubmetr qaz hasil etmək planlaşdırılır. Bu həcm Azərbaycan, Türkiyə və Gürcüstana satılacaq.

Xəbər lenti

Xəbər lenti