...

Yanvar-may aylarında Azərbaycanda 500 min tondan artıq benzin istehsal olunub

Energetika Materials 8 İyun 2009 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend /

SOCAR şirkətinin tərkibinə daxil olan Azərbaycanın neft emalı zavodlarında (NEZ) neft emalının ümumi həcmi ötən ilin analoji dövründəki 3,06 milyon tona nisbətdə bu ilin yanvar-may aylarında 2,5 milyon ton təşkil edib. Bu barədə SOCAR-ın məlumatında deyilir.

Azərbaycanda neft məhsulları Bakının iki NEZ bazasında istehsal olunur. Onların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ şəxsi vəsaiti hesabına quru və dəniz yataqlarında hasil olunan neftin hər il yeddi milyon tonunu emal edən SOCAR şirkətinin tərkibinə daxildir.

2009-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft emalı və neft məhsulları istehsalı:

2009-cu ilin yanvar-may ayları (min ton)

2008-ci ilin yanvar-may ayları (min ton)

Fakt

Fakt

Neft emalı- cəmi

2486,54

3058,44

Benzin - cəmi

567,15

602,85

- avtomobil benizini

477,43

489,15

- kimya üçün nafta

89,72

113,7

Ağ neft KO-20 - cəmi

6,34

27,59

Dizel yanacağı-cəmi

873,31

929,29

Soba mazutu-cəmi

167,77

616,68

Sürtkü yağları -cəmi

9,22

21,12

DT mühərrik yanacağı- cəmi

63,72

46,4

Xəbər lenti

Xəbər lenti