...

"Nabukko" boru kəmərinin gücü artırıla bilər

Energetika Materials 12 İyun 2009 10:55 (UTC +04:00)
"Nabukko" boru kəmərinin gücü artırıla bilər

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir А.Bədəlova /

"Nabukko" boru kəmərinin ildə 31 mlrd. kubmetr qaz buraxılış gücünün sutkalıq yanacaq tədarükü hesabına artırılması planlaşdırılır", - Nabucco Gas Pipeline Company-nin 2009-cu ilin ikinci rübü haqqında hesabatında deyilir.

Konsorsiumun rəsmi saytında yerləşdirilmiş hesabatda deyilir ki, bu kəmər üzrə qaz tədarük etmək (dəqiq öhdəlik olmadan) istəyini artıq 16 şiper bildirib. Hazırda kəmər vasitəsilə qaz nəqli sifarişləri konsorsiumun Open Season mərhələsi çərçivəsində qəbul edilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Bununla yanaşı, tikintinin iki mərhələsi arxada qalacaq. Birinci mərhələ 2011-2013, ikinci mərhələ 2014-2015-ci illəri əhatə edəcək.

Birinci mərhələdə "Nabukko"ya Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından alınacaq 8 milyard kubmetr həcmində qaz tələb olunub.

Aİ və Türkiyə arasında hökumətlərarası layihənin yaxın həftələrdə imzalanması planlaşdırılır (iyunun sonu - iyulun əvvəli).

Hazırda layihə təfərrüatlı injinirinq mərhələsindədir. Avtsriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə kimi tranzit ölkələrdə injinirinq üzrə beş lokal subpodratçı müəyyən edilib.

Təfərrüatlı injinirinq və kəmərin doldurulması üzrə sifarişlərin qəbulunun 2010-cu ilin birinci rübündə başa çatmasından sonra, layihə üzrə yekun sərmayə ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti