...

Bakıda elektrik enerjisinin istehlakı azalıb

Energetika Materials 4 İyul 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir E.İsmayılov /

Yanvar-may aylarında "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisini satan və paylayan) "Azərenerji" ASC-dən (Azərbaycanda elektrik enerjisinin ümumi istehsalçısı) 3,9 milyard kilovat/saat elektrik enerjisi alıb. Ötən ilin müvafiq dövründə bu göstərici 4,12 milyard kilovat/saat olub. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yayılan məlumatda deyilir.

Mayda "Bakıelektrikşəbəkə" 545,7 milyon kilovat/saat elektrik enerjisi istehlak edib. Keçən ilin mayında bu rəqəm 594,7 kilovat/saat təşkil edib.

Yanvar-may aylarında "Azərenerji" ASC tərəfindən "Bakıelektrikşəbəkə"yə verilən elektrik enerjisinin orta hesabla 81,24 faizi istehlak olunub. Keçən ilin eyni dövründə bu göstərici 75,5 faiz olub.   

Mayda "Azərenerji"dən alınan elektrik enerjisinin 94,7 faizi sərf edilib. Bu göstərici ötən ilin mayında 83,8 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti