...

Azərbaycanın ən böyük İES-nin hasilatı artıb

Energetika Materials 13 İyul 2009 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend /

Birinci yarım il ərzində Qafqazda ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan İES" 4,7 milyard kilovat/saat elektrik enerjisi hasil edib ki, bu da proqnozlaşdırılan göstəricidən 375 milyon kilovat/saat çoxdur. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin hasilatı və paylanması) məlumatında deyilir.

Hazırda SC Mingəçevir şəhərində yerləşən (Bakıdan 295 kilometr qərbdə) "Azərbaycan İstilik Elektrik Enerjisi Stansiyası"nın enerji bloklarının yenidənqurma işlərini həyata keçirir.

İES-in enerji bloklarının modernizasiya prosesinin tam başa çatdırılması 2010-cu ilin sonuna kimi planlaşdırılır. Yenidənqurma işləri nəticəsində İES-in gücü layihələşdirilən 2400 meqavatdan 2640-dək artacaq. 

Stansiya səkkiz enerji blokundan ibarətdir və onun gücünün artırılması səkkiz enerji blokunun hər birinin yenidən qurulması hesabına həyata keçirilə bilər. Hər bir blokun gücü 300 meqavat təşkil edir, lakin yenidənqurma işlərindən sonra onların gücü 330 meqavata kimi çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti