...

Azərbaycan neftinin qiyməti iyulun 13-də azalıb

Energetika Materials 14 İyul 2009 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , A. Bədəlova/

İyulun 13-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $59,6/barrel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,06/barrel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft Qazaxıstan növü ilə qarışdırlaraq digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırlır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də $58,95/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $0,06/barrel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 13-də  $58,38/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $0,04/barrel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti iyulun 13-də $58,59/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,17 /barrel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti