...

"Bakıelektrikşəbəkə" Bakı əhalisini istifadə etdikləri elektrik enerjisininin pulunu ödəməyə çağırır

Energetika Materials 22 İyul 2009 16:39 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC elektrik enerjisindən istifadəyə görə borcu olan abunəçilərə növbəti dəfə xəbərdarlıq edir. Bu barədə ASC-nin çərşənbə günü yayılmış məlumatında deyilir.
"Bakıelektrikşəbəkə" Bakı əhalisini istifadə etdikləri elektrik enerjisininin pulunu ödəməyə çağırır

Azərbaycan, Bakı, 22 iyul / Trend /

"Bakıelektrikşəbəkə" SC elektrik enerjisindən istifadəyə görə borcu olan abunəçilərə növbəti dəfə xəbərdarlıq edir. Bu barədə ASC-nin çərşənbə günü yayılmış məlumatında deyilir.

ASC abunəçiləri iyulun 24-nə (Bakı vaxtı ilə 12:00) qədər borcu ödəməyə çağırır. Əks halda bu abunəçilərə elektrik enerjisi verilişi dayandırılacaq. Abunəçilərə heç bir güzəşt edilməyəcək.

Borcun ödənilməsindən sonra abunəçilərə elektrik verilişinin bərpası yalnız bir neçə gün ərzində mümkün ola biləcək.

İstifadə olunan enerjiyə görə ödəməni bütün poçt şöbələri və banklarda, həmçinin ASC-nin rəsmi saytında həyata keçirmək olar.

Xəbər lenti

Xəbər lenti