...

"Qazprom" demək olar ki, tamamilə yerli istehsalçıların məhsullarının alışına keçib

Energetika Materials 25 İyul 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend /

"Qazprom" ASC 90 faiz avadanlıqları və digər məhsulları Rusiya müəssisələrindən alır, bu gün Rusiyanın baş naziri Vladimir Putinlə işgüzar görüşdə qaz konserninin rəhbəri Aleksey Miller deyib. RBK-nın yaydığına görə, bu barədə "Vesti" teleknalı məlumat verib.  

RF hökumətinin sədri şirkətin investisiya proqramlarını necə həyata keçirməsi və yerli istehsalçılara dəstək yönündə hökumətin antiböhran tövsiyyələrinin nəzərə alınıb alınmaması ilə maraqlanıb. Millerin sözlərinə görə, bu gün "Qazprom" praktiki olaraq tamamilə Rusiya zavodlarının məhsullarının alışına keçib. Bu alqının böyük hissəsini, A. Miller deyib, boru istehsal şirkətinin məhsulları təşkil edir.    

Bir müddət əvvəl V. Putin hökumətin rəyasət heyətinin iclasında bildirmişdi ki, "Qazprom"un investisiya proqramının həcmi 2009-cu ildə 775 milyard rubl təşkil edəcək.  

Şirkətin 2009-cu ilə ilkin investisiya proqramı 920 milyard rubl həcmində, o cümlədən kapital qoyuluşu 700 milyard rubl həcmində planlaşdırılırdı. Beləliklə, investisiya proqramının müəyyənləşdirilmiş həcmi təxminən 16 faiz aşağı ola bilər, baş nazir dəqiqləşdirib. "Qazprom" bir müddət əvvəl ehtimal edib ki, 2009-cu ildə investisiya proqramı 30 faiz azala bilər.      

Xəbər lenti

Xəbər lenti