...

Avropa İnvestisiya Bankı "Nabukko" layihəsinin maliyyələşməsinə kömək etməyə hazırdır

Energetika Materials 27 İyul 2009 13:24 (UTC +04:00)
Avropa İnvestisiya Bankı “Nabukko” qaz kəməri layihəsinin maliyyələşməsinə kömək etməyə hazırdır, EurActiv yazır. “Layihə faktiki olaraq reallaşmağa başlayanda, biz ona vəsait buraxmağa hazır olacağıq”, - bankın energetika və nəqliyyat üzrə direktoru Kristofer Harst İsveçdə energetika və ekologiya üzrə konfransda deyib.
Avropa İnvestisiya Bankı "Nabukko" layihəsinin maliyyələşməsinə kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir A. Bədəlova /

Avropa İnvestisiya Bankı "Nabukko" qaz kəməri layihəsinin maliyyələşməsinə kömək etməyə hazırdır, EurActiv yazır. "Layihə faktiki olaraq reallaşmağa başlayanda, biz ona vəsait buraxmağa hazır olacağıq", - bankın energetika və nəqliyyat üzrə direktoru Kristofer Harst İsveçdə energetika və ekologiya üzrə konfransda deyib.

Bir müddət əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirou layihənin dəyərinin 25 faizini maliyyələşdirməyə hazır olduqlarını bildirmişdi. İyunda AYİB-in energetika biznesi üzrə direktoru Rikkardo Puliti söyləmişdi ki, AYİB "Nabukko" layihəsinin bir milyard avro dəyərində maliyyələşdirilməsi üçün banklar qrupuna rəhbərlik edə bilər.  

Harstın sözlərinə görə, bank layihəni diqqətlə izləyir və onun həyat qabiliyyətini analiz edir. O, maliyyələşmənin ehtimal olunan məbləğini açıqlamaqdan imtina edib və əlavə edib ki, layihə hələ erkən mərhələdədir.    

"Nabukko" qaz kəməri layihəsi Xəzər regionundan qazı Aİ ölkələrinə ixrac etmək üçün nəzərdə tutulub, dəyəri 7,9 milyard avrodur. Qaz kəmərinin inşasına 2011-ci ildə, ilkin ixracata isə 2014-cü ildə başlanılması planlaşdırlır. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumınyanın Transgaz, Türkiyənin Botas и Almaniyanın RWE şirkətləridir. İştirakçıların hər biri bərabər - 16,67 faiz paya malikdirlər. Laihənin ümumi dəyərinin 30 faizinə pay iştirakı əsası ilə Nabucco Gas Pipeline International sərmayə qoyacaq, qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

"Layihəni maliyyələşdirəcəyimiz təqdirdə, onun texniki, iqtisadi və ekoloji cəhətdən məqbul olmasını tələb edəcəyik", - Harst deyib.

Xəbər lenti

Xəbər lenti